Bu gün Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları keçirilir.
“Qafqazinfo”nun məlumatına görə, Türkiyənin yeganə təmsilçisi “Fənərbaxça” Portuqaliyada “Braqa”nın qonağıdır. İlk görüşdə rəqibinə 1:0 hesabı ilə qalib gələn “Fənərbaxça” bu üstünlüyü qorumağa çalışır.
Oyunun 11-ci dəqiqəsində “Braqa”nın oyunçusu Hassan hesabı açır.
***
Birinci hissəyə əlavə olunan vaxtda (45+2) “Fənərbaxça” təmsilçisi Potuk hesabı bərabərləşdirməyə nail olur. Hesab 1:1.
***
Hazırda oyunda ilk hissə başa çatıb.
***
Hakim oyunun 67-ci dəqiqəsində “Fənərbaxçe”nın futbolçusu Mehmet Topala ikinci sarı vərəqə göstərir. Beləliklə, Türkiyə təmsilçisi azlıqda qalır.
***
Matçın 69-cu dəqiqəsində “Fənərbaxçe”nın qapısına penalti təyin edilir. Jozue hesabı 2:1 “Braqa”nın xeyrinə edir.
***
74-cü dəqiqədə isə “Braqa”nın futbolçusu Stoilkoviç komandasının üçüncü qolunu vurur. “Fenerbaxçe” 1:3 hesabı ilə uduzur.
***
Oyunun 83-cü dəqiqəsində “Braqa” təmsilçisi Rafa komandasının 4-cü qolunu vurur. “Fenerbaxçe” 1:4 hesabı ilə məğlub durumdadır.
***
87-ci dəqiqədə “Fenerbaxçe”nın futbolçusu Alper Potuka da ikinci sarı vərəqə göstərilir. Bununla da o meydanı tərk edir və komandasını 9-luqda qoyur.
***
Oyunun 96-cı dəqiqəsində “Fenerbaxçe” təmsilçisi Volkaş Şenə də ikinci sarı vərəqəni verir. Komanda oyunu 8-likdə başa vurur.
***
Oyun 4:1 hesabı ilə “Braqa”nın xeyrinə başa çatır.
Son xəbərlər
Son Xəbərlər