“Fənərbaxça” Acunun klubuna qalib gəldi - Video

fenerbaxca-acunun-klubuna-qalib-geldi
Oxunma sayı: 2835

“Fənərbaxça” “TV8” kanalının rəhbəri Acun Ilıcalının sahib olduğu İngiltərə “Hall Siti”si ilə yoxlama oyunu keçirib. 

“Qafqazinfo” xəbər verir ki, Sakarya Atatürk Stadionunda keçirilən görüş İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 87-ci dəqiqədə Arda Güler, 89-cu dəqiqədə isə Serdar Dursun qapını dəqiq nişan alıb. 

Qeyd edək ki, “Hall Siti” İngiltərə Çempionşipində mübarizə aparır.