Azerisport.az xəbər verir ki, ilk oyun günündə Çempionluq qrupu və Avroliqa qrupunun hərəsində bir oyun baş tutub.
Çempionluq qrupunda ötən tur “Fenerbahçe”yə yenilən “Galatasaray” “Trabzonspor”un qonağı olub. Görüş liderin asan qələbəsiylə başa çatıb.
Avroliqa qrupunda isə “İstanbul BB” “Sivasspor”u qəbul edib. İstanbul təmsilçisi ev oyununda 4:2 hesablı qələbə qazanıb. Bu “İstanbul BB”nin Super Finalda ilk qələbəsi olub.
İkinci oyun günündə Çempionluq qrupunda “Fenerbahçe” “Beşiktaş”ı qəbul edib. Meydan sahibləri əzmkar qələbəyə seviniblər. Avroliqa qrupunda isə “Eskişehirspor” “Bursaspor”la qarşılaşıb və qələbəyə sevinib.
Türkiyə Super Liqası
Super Final
3-cü tur
Çempionluq qrupu
28 aprel
Trabzonspor – Galatasaray - 2:4
Qollar: Kolman, 60; 85-pen – S.İnan, 20, N.Atəş, 22; 42, Ebue, 62.
29 aprel
Fenerbahçe – Beşiktaş - 2:1
Qollar: Stox, 57, E.Korkmaz, 83-öz qapısına - E.Korkmaz, 54.
1 Galatasaray 3 2 0 1 7 – 4 45
2 Fenerbahçe 3 3 0 0 6 – 2 43
3 Trabzonspor 3 1 0 2 3 – 6 31
4 Beşiktaş 3 0 0 3 1 – 5 28
Avroliqa qrupu
28 aprel
İstanbul BB – Sivasspor 4:2
Qollar: Vebo 8-pen, S.Gülpinar, 45, Madureyra, 77, Ö.C.Sokullu, 88 – Eneramo, 14; 19.
29 aprel
Eskişehirspor – Bursaspor - 2:0
Qollar: Dieqo, 31, Pele, 87
1 Eskişehirspor 3 1 2 0 4 - 2 30
2 Sivasspor 3 1 1 1 7 – 5 29
3 İstanbul BB 3 1 1 1 7 – 6 29
4 Bursaspor 3 1 0 2 3 – 8 28