Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutacaq.
“Qarabağ”ın Fransada Marsel “Olimpik”i ilə üz-üzə gələcəyi gündə Türkiyə təmsilçisi “Fənərbaxça” da “Slaviya” ilə qarşılaşacaq.
“Lester Siti” doğma meydanda “Randers”i, “Seltik” “Bodo Qlimt”i, PSV isə Təl-Əviv “Makkabi”sini qəbul edəcək.
Avropa Konfrans Liqası
1/16 finalın ilk oyunları
17 fevral
21:45. Fənərbaxça (Türkiyə) – Slaviya (Praqa, Çexiya)
21:45. Midtyulland (Danimarka) – PAOK (Yunanıstan)
21:45. PSV (Niderland) – Makkabi (Təl-Əviv, İsrail)
21:45. Rapid (Vyana, Avstriya) – Vitess (Niderland)
00:00. Olimpik (Marsel, Fransa) – Qarabağ (Azərbaycan)
00:00. Lester Siti (İngiltərə) – Randers (Danimarka)
00:00. Seltik (Şotlandiya) – Bodo Qlimt (Norveç)
00:00. Sparta (Praqa, Çexiya) – Partizan (Serbiya)
***
“Fənərbaxça” ilə “Slaviya” matçı qonaqların qələbəsi ilə başa çatıb – 2:3.
Qollar: İbrahim Benjamin Traore, 45, Dmitris Pelkas, 58, Oskar Dorley, 62, Ondre Linqr, 63, Ferdi Kadioğlu, 83.
Komandalar arasında cavab görüşü fevralın 24-də Praqada baş tutacaq.
Son xəbərlər
Son Xəbərlər