“Fənərbaxça” “Beşiktaş”la sözləşməsi başa çatan Gökhan Gönülün transferini həll edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Hüriyyet” məlumat yayıb.
Bildirilir ki, İstanbul klubu məşqçilər Volkan Demirel və Mehmet Aurelionun istəyi əsasında bu keçidi başa çatdırıb.
Lakin “Fənərbaxça” Türkiyə Futbol Federasiyasının maddi problemlərlə bağlı verəcəyi qərarı gözləyir.
Koronavirus pandemiyasına görə aşağı düşən gəlirlər səbəbindən TFF-nin klublara güzəşt edəcəyi gözlənilir.
Son xəbərlər
Son Xəbərlər