“Fənərbaxça” Hatem Ben Arfa ilə anlaşdı

fenerbaxca-hatem-ben-arfa-ile-anlasdi
Oxunma sayı: 1192

Ötən mövsümü uğursuz keçirən Türkiyənin “Fənərbaxça” klubu transfer fəaliyyətini davam etdirir.

“Qafqazinfo” xəbər verir ki, İstanbul klubu Fransanın “Renn” klubunda çıxış edən Hatem Ben Arfa ilə anlaşıb. 32 yaşlı vinger bu gün müqavilə bağlamaq üçün Türkiyəyə gələcək.

Qeyd edək ki, Fransa millisinin sabiq üzvü “Lion”, “Marsel”, “Nyukasl”, “Hall Siti”, "Nitsa", PSJ kimi klublarda oynayıb. Təcrübəli futbolçu 2018-ci ildən “Renn”də çıxış edirdi.