“Fənərbaxça” Kosovo millisinin üzvünü transfer edir

fenerbaxca-kosovo-millisinin-uzvunu-transfer-edir
Oxunma sayı: 758

Uğursuz mövsüm keçirən Türkiyənin “Fənərbaxça” klubu yay transfer planlarını qurur.

“Qafqazinfo” “sporx”ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Çaykur Rizəspor”un hücumçusu Vedat Muriki ilə anlaşıb. “Sarı-lacıvərdlilər” hazırda futbolçunun klubu ilə danışıqlar aparır. Transferin digər detallarında problem olmasa, Kosovo yığmasının futbolçusu üçün 3 milyon avro ödəniləcək.
 
Qeyd edək ki, 24 yaşlı futbolçu cari mövsüm Super Liqada 12 qol vurub, 7 assist edib.