“Fənərbaxça” kubokda mübarizəni dayandırdı

fenerbaxca-kubokda-mubarizeni-dayandirdi
Oxunma sayı: 1136

“Fənərbaxça” Türkiyə kubokunda mübarizəni dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, İstanbul təmsilçisi 1/8 finalda  doğma meydanda "Kayserispor"a 0:1  hesabı ilə uduzub. Yeganə qolu 90+4-cü dəqiqədə  Ramazan Civelek vurub.

Qeyd edək ki, "Kayserispor" 45-ci dəqiqədə Uğur Demirokun qırmızı vərəqə görməsi ilə azlıqda qalıb.