Türkiyə Super Liqasında 28-ci turun oyunları davam edir.
“Qafqazinfo” xəbər verir ki, turun mərkəzi matçında “Fənərbaxça” doğma meydanda lider "Trabzonspor"u qəbul edib. İki qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib.
Xallarını 67-yə yüksəldən “Trabzonspor” liderliyini davam etdirir. “Fənərbaxça” isə 47 xalla üçüncü yerdədir.
“Fənərbaxça” – “Trabzonspor” 1:1
Qollar: Mixa Zayts, 71 - Antoni Nvakaeme, 22
Qırmızı vərəqə: İrfan Can Lahveci, 18
Son xəbərlər
Son Xəbərlər