“Fənərbaxça” Məsut Özili İstanbula gətirir - Foto

fenerbaxca-mesut-ozili-istanbula-getirir
Oxunma sayı: 2901

Türkiyənin “Fənərbaxça” futbol klubu “Arsenal”ın türk əsilli almaniyalı futbolçusu Məsut Özilin transfer prosesinin irəliləməsi üçün onu İstanbula gətirir.  

“Qafqazinfo” bildirir ki, bu barədə futbol klubunun rəsmi tvitter səhifəsində məlumat verilib.

“Klubumuz transfer prosesinin irəliləməsi üçün Məsut Özili İstanbula gətirir”, - paylaşımda deyilir.

Paylaşılan fotoda futbolçunun həyat yoldaşı ilə övladı da yer alıb.

Qeyd edək ki, Məsut Özilin “Arsenal” klubu ilə müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq.