“Fənərbaxça” niyə Çempionlar Liqasına buraxılmadı?

fenerbaxca-niye-cempionlar-liqasina-buraxilmadi
Oxunma sayı: 648

“Qafqazinfo”nun verdiyi məlumata görə, buna “sarı-lacivərdlilər”in Federasiya ilə gərgin münasibəti səbəb olub.

İlk mübahisə başa çatmış mövsümdə ÇL-in “dördlər finalı” zamanı yaranıb. Digər 3 komanda CEV-in müəyyənləşdirdiyi oteldə qalmağa razılıq versə də, “Fənərbaxça”lılar bundan imtina edərək daha lüks şəraitli digər oteldə məskunlaşıb. Daha sonra isə İstanbul klubu geyinilən formalarla bağlı supervizorla mübahisə edib. Onlar “çubuqlu” formanı geyməkdə israr edib. Həmçinin “Fənərbaxça” meneceri Violet Duka oyunlar zamanı qadağan olunmuş zonaya daxil olub. CEV prezidenti Andre Meyer Duka ilə görüşmək istəsə də, dəvəti qəbul etməyib.

Qeyd edək ki, yeni mövsümdə Türkiyəni Çempionlar Liqasında “Qalatasaray”, “Eczaçıbaşı” və “Vakıfbank” təmsil edəcək.

Ceyhun Əhmədov