“Fənərbaxça” onu göndərdi

fenerbaxca-onu-gonderdi
Oxunma sayı: 2642

Türkiyənin “Fənərbaxça” klubu futbolçusu Joau Pedro ilə yollarını ayırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Oyunçunun müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, Pedro 2022-ci ildən “Fənərbaxça”nın formasını geyinirdi.