Türkiyə Kubokunun finalında “Qalatasaray”a 0:1 hesabı ilə uduzan “Fənərbaxça”nın prezidenti Əziz Yıldırım oyunun gedişində qalmaqala səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, VİP zonadan matçı izləyən İstanbul klubunun sahibi hakim qərarlarına əsəbləşərə təhqirlərə yol verib.
Onunla eyni yerdə qarşılaşmanı seyr edən prokuror Mustafa Şener Əziz Yıldırıma təhqirə yol verməməsi üçün xəbərdarlıq edib. Buna əsəbləşən “Fənərbaxça” rəsmisi Şenerin üzərinə hücum çəki və “sən kimsən deyə” qışqırıb.
Prokuror da Yıldırıma reaksiya verərək “mən idman prokuroruyam” deyib və bildirib ki, hakimləri təhqir etməsinlər.
Əziz Yıldırım Şenere “əgər idman prokurorusansa, bayaqdan məni stadionda təhqir edirlər. Onların da qarşısını al” deyib. Bu sözlərdən sonra tərəflər arasında gərginlik bir az da artıb. Lakin təhlükəsizlik qüvvələri hər iki tərəfi sakitləşdirə bilib.


Son xəbərlər
Son Xəbərlər