“Fənərbaxça” qalib gəldi, “Trabzonspor” xal itirdi

fenerbaxca-qalib-geldi-trabzonspor-xal-itirdi
Oxunma sayı: 1079

Futbol üzrə Türkiyə Super Liqasında 6-cı tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Konyaspor”- “Trabzonspor” matçında qalib müəyyənləşməyib. “Alanyaspor” “Kasımpaşa” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb.

“Fənərbaxça” isə “Girəsunspor”la üz-üzə gəlib. İstanbul təmsilçisi doğma meydanda çətin qələbəyə sevinib.

Türkiyə Super Liqası
6-cı tur
23 sentyabr

Konyaspor – Trabzonspor 2:2
Qol: E.Çekici, 20; 46 – Kornelius, 1. Hacıahmetoviç, 76.

Alanyaspor – Kasımpaşa 2:0
Qol: E.Karaca, 54. Davidson, 83.

Fənərbaxça – Girəsunspor 2:1
Qol: F.Kadioğlu, 2. M.Özil, 64 – Dukara, 85.