Bu gün Avropa Liqasında (AL) 1/8 final mərhələsinə start verilir. Türkiyənin turnirdəki yeganə təmsilçisi “Fənərbaxça” öz meydanında “Braqa” ilə oynayacaq. Artıq “Fənərbaxça” – “Braqa” oyunu üçün heyətlər müəyyənləşib.
“Qafqazinfo”nun məlumatına görə, komandalar oyuna aşağıdakı tərkibdə çıxacaq:
“Fənərbaxça”: Volkan Dəmirəl (k), Kjaer, Mehmet Topal, Souza, Ozan Tufan, van Persi, Şener Özbayraklı, Volkan Şen, Bruno Alveş, Alper Potuk, Caner Erkin
“Braqa”: Matheus, Andre Pinto (k), Vilson Eduardo, Luis Karlos, Bayano, Rafa Silva, Ahmet Hassan, Rikardo Fereyra, Josue, Vukçeviç, Marselo Qoyano.
***
Oyunda ilk hissə başa çatıb. Komandalar fasiləyə qolsuz bərabərliklə gediblər.
***
Oyunun 82-ci dəqiqəsində Mehmet Topal komandasının hesabını açır. Hesab 1:0 “Fənərbaxça”nın xeyrinədir.
***
Oyun 1:0 “Fənərbaxça”nın xeyrinə başa çatır.
Son xəbərlər
Son Xəbərlər