Türkiyənin “Fənərbaxça” klubu sabah UEFA Avropa Liqasının 1/16 final mərhələsində oynanılacaq Moskva “Lokomotiv”i ilə görüş öncəsi azarkeşlərinə xəbərdarlıq edib.
“Qafqazinfo” xəbər verir ki, İstanbul klubu bu oyunun qitə futbol qurumu tərəfindən “riskli matç” sayıldığını bəyan edib.
Klub rəsmi saytından yaydığı açıqlamada bildirib ki, ən kiçik təhlükəsizlik belə avrokuboklardan məhrum olunma cəzası ilə nəticələnə bilər.
Qeyd edək ki, “Fənərbaxça” – “Lokomotiv” (Moskva) görüşü sabah Bakı vaxtı ilə saat 21:00-da “Şükrü Saraçoğlu” stadionunda start götürəcək.
Son xəbərlər
Son Xəbərlər