““Fənərbaxça” üçün əlimdən gələni edəcəm” - Yığmamızın üzvü+Fotolar

fenerbaxca-ucun-elimden-geleni-edecem
Oxunma sayı: 697

“Fənərbaxça”ya transfer olunan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimova müsahibə verib. “Qafqazinfo”nun məlumatına görə, qardaş ölkə mətbuatına danışan oyunçu bunları deyib: 

“Bu camiənin bir üzvü olduğum üçün çox həyəcanlıyam. “Fənərbaxça” böyük klubdur. Belə komandanın parçası olmaq xoşbəxtlikdir. Uğurlu olmaq və kuboklar qazanmaq üçün əlimdən gələni edəcəm.

Hazırda Türkiyə liqasında “Fənər”in öz yeri var və ən güclüdür. Komandada oynayan Ədanı tanıyıram. Çox güclü oyunçudur. Onunla oynamaq da mənə zövq verəcək. Bahar və Natalya Pereyranı da tanıyıram. Adlarını bilmədiyim bəzi oyunçular var ki, üz-üzə gəlmişik”.