“Fənərbaxça” uduzdu - Video

fenerbaxca-uduzdu
Oxunma sayı: 1369

Bu gün UEFA Avropa 1/16 final mərhələsinin ilk oyunları keçirilib.

Qafqazinfo” xəbər verir ki,“Fənərbaxça” səfərdə “Krasnodar”ın qonağı olub. Oyun meydan sahiblərinin 1-0 qələbəsi ilə başa çatıb.

Türkiyənin digər təmsilçisi “Osmanlıspor” isə Yunanıstanda “Olimpiakos”la üz-üzə gəlib və qarşılaşmada qol vurulmayıb.

Digər oyunlar isə aşağıdakı kimi nəticələnib:

“Gent” (Belçika) – “Tottenhem” (İngiltərə) -1:0

“Astra” (Rumıniya) – “Genk” (Belçika) – 2:2

“Alkmaar” (Hollandiya) – “Lion” (Fransa) – 1:4

“Borussiya” (Mönhenqladbax, Almaniya) – “Fiorentina” (İtaliya) – 0:1

“Selta” (İspaniya) – “Şaxtyor” (Ukrayna) – 0:1

“Rostov” (Rusiya) – “Sparta” (Çexiya) - 4:0

“Ludoqorets” (Bolqarıstan) – “Kopenhagen” (Danimarka) – 1:2