“Fənərbaxça” və “Qalatasaray” çətin sınaq qarşısında

fenerbaxca-ve-qalatasaray-cetin-sinaq-qarsisinda
Oxunma sayı: 1035

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab görüşləri keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə təmsilçiləri “Fənərbaxça” və “Qalatasaray” da növbəti görüşlərinə çıxacaqlar. Qardaş ölkənin hər iki təmsilçisi səfərdə oynayacaq.

“Fənərbaxça” evdə 2:0 hesabı ilə məğlub etdiyi Moskva “Lokomotiv”inin qonağı olacaq, “Qalatasaray” “Latsio” ilə üz-üzə gələcək.

Avropa Liqası
1/16 final, cavab görüşləri

25 fevral

20:00. “Lokomotiv” (Rusiya) – “Fənərbaxça” (Türkiyə)
22:00. “Atletik” (İspaniya) - “Marsel” (Fransa)
22:00. “Bayer” (Almaniya) - “Sportinq” (Portuqaliya)
22:00. “Krasnodar” (Rusiya) - “Sparta” (Çexiya)
22:00. “Latsio” (İtaliya) - “Qalatasaray” (Türkiyə)
22:00. “Liverpul” (İngiltərə) - “Auqsburq” (Almaniya)
22:00. “Rapid” (Avstriya) - “Valensiya” (İspaniya)
22:00. “Şalke” (Almaniya) - “Şaxtyor” (Ukrayna)
00:05. “Bazel” (İsveçrə) - “Sent-Etyen” (Fransa)
00:05. “Porto” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya)
00:05. “Mançester Yunayted” (İngiltərə) - “Midtyulland” (Danimarka)
00:05. “Mölde” (Norveç) - “Sevilya” (İspaniya)
00:05. “Napoli” (İtaliya) - “Vilyareal” (İspaniya)
00:05. “Olimpiakos” (Yunanıstan) - “Anderlext” (Belçika)
00:05. “Tottenhem” (İngiltərə) - “Fiorentina” (İtaliya)