“Fənərbaxça” Türkiyə Super Liqasının 4-cü həftəsində qonaq etdiyi “Kayserispor”a 3:2 hesabla məğlub olub.
“Qafqazinfo” xəbər verir ki, meydan sahibləri 13-cü dəqiqədə Andre Ayyunun qolu ilə hesabı açıb. “Kayserispor” 53-cü dəqiqədə Bernard Mensanın cərimə zərbəsindən vurduğu qolla hesabı bərabərləşdirib.
“Fənərbaxça” 57-ci dəqiqədə İslam Slimaninin topu qapıdan keçirməsi ilə yenidən irəli çıxıb.
61-ci dəqiqədə “Fənərbaxça”nın oyunçusu Martin Şkrtelin vurduğu avtoqolla hesab bərabərləşib. 69-cu dəqiqədə isə “Kayserispor” Tyaronn Şerinin vurduğu baxımlı qolla matçı qazanıb.
Bununla da “Fənərbaxça” növbəti dəfə xal itirdi, “Kayserispor” isə xalını 8-ə yüksəltdi.





Son xəbərlər
Son Xəbərlər