“Fənərbaxça”dan inamlı qələbə

fenerbaxcadan-inamli-qelebe
Oxunma sayı: 1346

Futbol üzrə Türkiyə Super Liqasında 34-cü tura yekun vurulub.

"Qafqazinfo" xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Kasımpaşa” – “Yeni Malatyaspor” oyunlarında qapılara qol vurulmayıb. Beş qolun qeydə alındığı “Alanyaspor” – “Dənizlispor” matçı meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

“Fənərbaxça” isə bu turda “Qaziantep”i qəbul edib. Dörd qolun qeydə alındığı oyun İstanbul təmsilçisinin qələbəsiylə yekunlaşıb.

Türkiyə Super Liqası
34-cü tur

12 aprel

Kasımpaşa – Yeni Malatyaspor 0:0

Alanyaspor – Dənizlispor 3:2
Qol: B.Kutlu, 54. E.Bekiroğlu, 68. M.Pektemek, 88 – Bakalorz, 27. Tuşa, 51.

Fənərbaxça – Qaziantep 3:1
Qol: M.Yandaş, 56. Valensiya, 71. S.Gümüş, 90+5 – Maksim, 66.