“Fənərbaxça”dan növbəti transfer

fenerbaxcadan-novbeti-transfer
Oxunma sayı: 1130

Türkiyənin “Fənərbaxça” klubu növbəti transferini açıqlayıb.

“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, “sarı-lacıvərdlilər” “Ankaragücü”nün qapıçısı Altay Bayındırı transfer edib. 21 yaşlı əlcək sahibinin keçidi üçün İstanbul təmsilçisi 1,5 milyon avrosundan keçib. Türkiyənin U-21 millisinin üzvüylə 4 illik müqavilə imzalanıb.
 
“Fənərbaxça” daha öncə Maks Kruze, Allahyar Sayyadmaneş, Əmrə Belözoğlu, Murat Sağlam və Vedat Murikini transfer edib.