“Fənərbaxça”dan yeni transfer

fenerbaxcadan-yeni-transfer
Oxunma sayı: 1600

“Fənərbaxça” yeni transferini açıqlayıb.

“Qafqazinfo” klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi “Kasımpaşa”nın hücumçusu Mame Tiamı transfer edib. 27 yaşlı forvardla 3 illik müqavilə imzalanıb.
 
Seneqallı futbolçu ötən mövsüm keçirdiyi 28 oyunda 12 qol vurub, 5 məhsuldar ötürmə edib.