“Qafqazinfo” xəbər verir ki, "Fənərbaxça"nın təcrübəli qapıçısı Volkan Dəmirəli 4 oyunluq cəzalandırılıb. Buna səbəb qolkiperin Türkiyə superliqasında "Trabzonspor"a qarşı (0:0) matçdan sonra rəqib komandanın iki nümayəndəsini təhqir etməsi səbəb olub. Bundan əlavə, Dəmirəl 23 min 500 türk lirəsi cərimə ödəməli də olacaq.
Qeyd edək ki, "Fənərbaxça"da Volkan Dəmirəllə yanaşı, komandanın yarımmüdafiəçisi Caner Erkin də cəzalandırılıb. O, "Trabzonspor"la görüşdən sonra hakimə narazılığını sərt şəkildə bildirdiyi üçün bir oyun buraxmalı olacaq.
Son xəbərlər
Son Xəbərlər