Rusiya Daxili İşlər Nazirliyi Moskva “Lokomotiv”i və “Fənərbaxça” arasında baş tutacaq oyunöncəsi yerli azarkeşlərə xəbərdarlıq edib. “Qafqazinfo” xəbər verir ki, nazirlik fanatları təxribatlara uymamağa çağırıb.
Nazirliyin mətbuat xidmətinin verdiyi açıqlamada belə deyilir: “Əziz azarkeşlərimiz, heç bir təxribata uymamaq lazımdır. Biz qarşı tərəfə mədəniyyətimizi göstərməliyik”.
Qeyd edək ki, İstanbul klubu artıq Rusiya paytaxtına çatıb. Türkləri hava limanında polislər və OMON-çular qarşılayıb.
Son xəbərlər
Son Xəbərlər