“Fənərbaxça”nın baş məşqçisi istefa verdi

fenerbaxcanin-bas-mesqcisi-istefa-verdi-
Oxunma sayı: 1306


“Qafqazinfo”nun qol.az-a istinadən yaydığı xəbərə görə, bu barədə təcrübəli mütəxəssisin özü Türkiyə superliqasında bu gün “Kasımpaşa”ya qalib (2:0) gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bildirib. O deyib ki, dünən klub prezidenti Əziz Yıldırımla görüşüb və ona istefa vermək istədiyini söyləyib. İ.Kartalın bu istəyi rəhbərlik tərəfindən qəbul olunub.

Qeyd edək ki, İ.Kartal bu mövsümün əvvəlindən "Fənərbaxça"nı çalışdırırdı.