“Fənərbaxça” klubunun baş məşqçisi Dik Advokat gələcək karyerası ilə bağlı qərarını açıqlayıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hollandiyalı məşqçi sezonun sonunda komanda ilə yollarını ayıracağını bildirib.
“Qərarımı verdim və rəhbərliklə danışdım. Sezon sonu klubla vidalaşıram. Sadəcə “Fənərbaxça” ilə yollarımı ayırmıram, eyni zamanda karyeramı da bitirirəm”- deyə Dik Advokat vurğulayıb.
Qeyd edək ki, Dik Advokat sezon başlayanda “Fənərbaxça”nın baş məşqçisi postuna gətirilmişdi.
Son xəbərlər
Son Xəbərlər