“Fənərbaxça”nın baş məşqçisindən rusiyalı jurnalistə - Sərt cavab

fenerbaxcanin-bas-mesqcisinden-rusiyali-jurnaliste
Oxunma sayı: 2263

UEFA Avropa Liqasının 1/16 final mərhələsinin cavab görüşü çərçivəsində bu gün Moskva “Lokomotiv”inin qonağı olacaq “Fənərbaxça”nın baş məşqçisi Vitor Perreyra jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, o, gərgin və çətin bir görüş olacağını bildirib. Portuqaliyalı mütəxəssis komandasının qitənin ikinci dərəcəli klub turnirində yüksək hədəfləri olduğunu sözlərinə əlavə edib: “Çox çətin və gərgin matç olacaq. Rəqib geridönüş istəyəcək. Yaxşı komandaya qarşı oynasaq da, hədəflərimiz böyükdür. Komandamın taktiki və əhval-ruhiyyə baxımından “Lokomotiv”i üstələməsini istəyirəm. Bura heç-heçə üçün yox, qələbə qazanmaq üçün gəlmişik”.

Perreyra rusiyalı jurnalistin ““Fənərbaxçalı” futbolçu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın şəkli olan “T-shirt” geyə bilərmi” sualına cavabı ilə diqqət çəkib: “Fikrimcə, siz sualı düzgün adama verməmisiniz. Mən siyasətçi deyiləm, məşqçiyəm. Futbolla bağlı sualınız varsa, verin”.