“Fənərbaxça”nın futbolçusu Belçika klubunda

fenerbaxcanin-futbolcusu-belcika-klubunda
Oxunma sayı: 2019

“Fənərbaxça”nın futbolçusu Berke Özer 2019/20 mövsümünü də icarə əsasında Belçikanın “Vesterlo” klubunda keçirəcək.

"Qafqazinfo" xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, “Fənərbaxça” 20 yaşlı qolkiperi 2019-cu ilin yayında “Vesterlo”ya icarəyə vermişdi. Klublar arasındakı yeni razılığa əsasən, gənc futbolçu növbəti mövsümü də Belçika klubunda keçirəcək.

2018-ci ilin yayında “Altınordu”dan “Fənərbaxça”ya transfer olunan Berke, bu klubun əsas komandasında cəmi bir oyunda iştirak edib.