“Fənərbaxça”nın futbolçusu koronavirusa yoluxdu

fenerbaxcanin-futbolcusu-koronavirusa-yoluxdu
Oxunma sayı: 1580

“Fənərbaxça”nın kollektivi növbəti dəfə koronavirus testindən keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə avqustun 13-də bütün futbolçu, məşqçi heyətindən, eləcə də klubda çalışan digər şəxslərdən götürülən testlərdən ikisində nəticənin pozitiv çıxdığı diqqətə çatdırılıb. Onlardan biri futbolçu, digəri isə texniki heyətdəndir. Virus aşkarlanan hər iki şəxs öz evində karantinə alınıb və onlar xüsusi nəzarətə götürülüblər.