“Fənərbaxça”nın futbolçusuna meymun dedi, 3 aylıq həbs cəzası aldı

fenerbaxcanin-futbolcusuna-meymun-dedi-3-ayliq-hebs-cezasi-aldi
Oxunma sayı: 923

“Fənərbaxça”nın futbolçusu Alper Potuka bir radio proqramında meymun deyən “Qalatasaray”ın keçmiş rəsmisi və idman yazarı Aziz Üstel cəzalanıb.

“Qafqazinfo” xəbər verir ki, o, 3 aylıq həbs cəzası alıb. Lakin Üstel həbs cəzasının pul cəriməsinə çevirilməsi üçün məhkəməyə müraciət edib. Məhkəmə onun istəyini qəbul edib və jurnalistə 1740 türk lirəsi cərimə kəsib.

Qeyd edək ki, ötən mövsüm Alper Potuk “Qalatasaray”la matçdan öncə “çempion olsaq, saçlarımı kəsəcəm” demişdi. Aziz Üstel isə “fənərbaxça”lı futbolçunun dediklərinə “saçlarını kəsərsə, meymuna oxşayar” deyə şərh vermişdi.