“Fənərbaxça”nın kapitanı faciə qurbanlarının bank borclarını ödədi

fenerbaxcanin-kapitani-facie-qurbanlarinin-bank-borclarini-odedi
Oxunma sayı: 1532

Türkiyə milli komandasının sabiq üzvü, "Fənərbaxça”nın kapitanı alqışalayiq hərəkətlə yadda qalıb.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən verir ki, 34 yaşlı qolkiper 2014-cü ilin may ayının 13-də Somada kömür mədənində baş vermiş partlayışda dünyasını dəyişən şəxslərin bank borclarını ödəyib. Volkan həyat yoldaşı Zeynəb Dəmirəllə birgə 301 mədənçinin banka olan 940 min Türkiyə Lirəsi məbləğində kredit borclarının bir qismini ödəyib. Cütlük məbləğin qalan hissəsini isə "Fənərbaxça" futbolçularından yığaraq bütün borcları bağlayıb.