“Fənərbaxça”nın sabiq futbolçusu “Qarabağ”a keçir

fenerbaxcanin-sabiq-futbolcusu-qarabaga-kecir
Oxunma sayı: 3054

Fransanın “Dijon” klubunun üzvü Yassin Benzia “Qarabağ”da oynayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Bildirilib ki, 29 yaşlı futbolçu artıq Ağdam təmsilçisi ilə anlaşıb.

Müqavilənin bəzi detalları qalıb ki, o da yaxın zamanda həllini tapacaq.

Qeyd edək ki, Yassin Benzia “Lion”, “Lill”, “Olimpiakos” və “Fənərbaxça” kimi məşhur klublarda çıxış edib.