“Fənərbaxça”nın skautları “Qarabağ”ın futbolçusu üçün Bakıya gəlib

fenerbaxcanin-skautlari-qarabagin-futbolcusu-ucun-bakiya-gelib
Oxunma sayı: 4111

Türkiyənin “Fənərbaxça” klubunun skautları Bakıya gəlib. “Qafqazinfo” xəbər verir ki, onlar “Qarabağ”la “Braqa” arasında keçirilən Avropa Liqası pley-off mərhələsinin matçını izləyiblər.

İstanbul klubunun skautları Azərbaycan təmsilçisinin forvardı Olavio Juininyonu oyununa baxıblar.

Qeyd edək ki, Juninyo 2023-cü ilin yayında "Qarabağ"a keçib.