Fənn olimpiadalarının final açılışı oldu

fenn-olimpiadalarinin-final-acilisi-oldu
Oxunma sayı: 720


“Qafqazinfo” nazirliyin saytına istinadən xəbər verir ki, əsas məqsədi şagirdlərin müxtəlif fənlərə olan marağının artırılması və istedadlıların üzə çıxarılmasından ibarət olan fənn olimpiadalarının final mərhələsində Azərbaycanın 58 müxtəlif şəhər (rayon) məktəblərindən 480 şagird iştirak edir. 

Bu il fənn olimpiadalarının keçirilməsində bir sıra yeniliklər tətbiq olunub. Belə ki, olimpiada iştirakçılarını bilik yarışına tam motivasiya etmək üçün onlar tədbirin keçirildiyi 3 gün ərzində yerli hotellərin birində qalacaqlar və asudə vaxtın səmərəli təşkili üçün hər cür şərait yaradılacaq. Bu il olimpiada fənnləri sırasına coğrafiya da əlavə olunub. Eləcə də, əvvəlki illərdən fərqli olaraq, yoxlamada şəffaflığı və ədalətli qiymətləndirməni təmin etmək üçün olimpiada sualları açıq şəkildə deyil, ilkin mərhələdə test sınağı formasında tətbiq olunub.