F. Nəsibovun ittihamlarla bağlı “Qafqazinfo”ya verdiyi cavabı təqdim edirik: Mənim haqımda Namiq Tağıyev və onun dəldduz nümayəndəsinin dedikləri şər və böhtandır. Namiq Tağıyevin aldığı "Kamran MMC"yə məxsus tikinti şirkətindən N. Tağıyev mənzili aldıqdan 9 ay sonra həmin mənzillərin bir neçə nəfərə satıldığı hamıya məlumdur. Həmin müddətə qədər Namiq Tağıyev həmin tikinti şirkətində olub. Təxminən həmin ilin avqust ayında həmin mənzili aldığından çox baha qiymətə satmaq istəyib. Namiq Tağıyevin mənzili almasında mənim vasitəçiliyim olsa da, Namiq Tağıyev Korrupsiyaya qarşı Mübarizə İdarəsində verdiyi izahatda da bildirib ki, Tağıyev ora 20 000 ABŞ dolları, mən isə bir qohum olaraq borc və kömək məqsədilə 12 000 dollar pul vermişəm. Lakin Namiq Tağıyev və onun nümayəndəsi İlham Mehrəliyev verdiyi informasiyada mənə qarşı şər və böht atıblar. Həmin böhtan ondan sübut olunur ki, verilən informasiyada 30 000 manat göstərilib. "Kamran MMC "yə məxsus olan şirkətin möhrü və ştambı, onun müvafiq sənədləri ticarət mərkəzlərində satılmır. Namiq Tağıyevin adına rəsmiləşmiş sənədlər "Kamran MMC " terefinden verilib”.
Son xəbərlər
Son Xəbərlər