Fərdi evdə yanğın baş verdi

ferdi-evde-yangin-bas-verdi
Oxunma sayı: 765


 “Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qusar rayonu, Həzrə kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və birinci mərtəbəsinə yığılmış 7,5 ot bağlaması yanıb.

 Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.