Fərdi hesablardakı pensiya indeksləşdirilməsinin həcmi açıqlandı

ferdi-hesablardaki-pensiya-indekslesdirilmesinin-hecmi-aciqlandi
Oxunma sayı: 2583

“Fərdi hesabların sığorta hissəsindəki pensiya kapitalı indeksləşdirilir. Dövlət Statistika Komitəsinin hesabatlarına əsasən, 2020-ci ildə ölkədə istehlak qiymətlərinin artım tempi 2,8 faiz olub. Buna görə də  ona uyğun şəkildə fərdi hesablardakı pensiya kapitalları da indeksləşdirilərək yanvarın 1-dən 2,8 faiz artırılır”.

“Qafqazinfo”nun məlumatına görə, bunu Prezident İlham Əliyevin sərəncamı ilə pensiyalar və fərdi hesablardakı pensiya kapitallarının indeksləşdirilməsi ilə bağlı keçirilən mətbuat konfransında DSMF-nin direktoru Himalay Məmişov deyib.

O bildirib ki, bu artımlar minimum pensiya alan pensiyaçıların aldığı məbləğdə özünü göstərəcək:

“Bununla Azərbaycan MDB-də pensiyanın alıcılıq qabiliyyətinə görə yerini möhkəmləndirəcək”.

“Artım əmək müqaviləsi ilə çalışaraq sosial sığorta sistemində iştirak edən şəxslərin mənafeyinə xidmət edir”, - o əlavə edib.

Qeyd edək ki, pensiyaların indeksasiya edilərək artırılması üçün il ərzində əlavə olaraq 441 milyon manat yönəldiləcək.