“Qafqazinfo” xəbər verir ki, bu bəyanatla sözügedən partiya çıxış edib. MDHP-nin bəyanatında bildirilir ki, Azərbaycandakı milli demokratik düşərgənin güclənməsindən narahatlıq keçirən xarici qüvvələr və onların ölkəmizdəki əlaltıları bütün rıçaqları ilə hərəkətə keçiblər: “Bunlardan, MDHP-nın Parlament partiyası olaraq ayrılmış çüzi maliyyə vəsaitinin müzakirəyə çıxarılmasından başlamış, saytlarımıza qarşı həftələrlə davam edən ağlasığmaz kiber hücumlara qədər, bir çox məqamları sadalamaq olar.
Son günlər isə MDHP–yə qarşı ideologiya plagiatlığına start verilib. Partiyanın ideoloji xəttini və partiya sədri Fərəc Quliyevin seçkilərdə ortaya qoyduğu konsepsiyalar başqa təşkilatların adından ictimaiyyətə təqdim olunur. Hətta MDHP-nin Məramnaməsindən tezisləri götürüb sosial şəbəkələrdə öz təşkilatlarına aid prinsiplər kimi yaymaqdan belə utanmayanlar var.
MDHP-yə və partiyanın sədri Fərəc Quliyevə qarşı olan bu hücumların arxasında “kimlərin” olduğunu anlamaq elə də çətin deyil. Təsadüfü adamların düşüncə oğurluğuna başlamasının sifarişli olması məlum məsələdir və əvvəlcədən gözlənilən idi”.
Son xəbərlər
Son Xəbərlər