Fərhad Göçerdən qadınlara dəstək - “Sizin qulunuzuq”

ferhad-gocerden-qadinlara-destek
Oxunma sayı: 843

Türkiyəli müğənni Fərhad Göçer konsert verdiyi məkanların birində qadına şiddəti qınayan çıxış edib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, ifaçı bütün qadın cinayətlərini lənətləndiyini bildirib:

“Bu dünyada sayğı, sevgi və sülh içərisində yaşaya bilərik. Buna inanmaq istəyirəm. Bütün səmimiyyətimlə söyləyirəm. Biz kişilər sizin qulunuzuq. Belə olmalıdır. Haqqınızı ödəyə bilmərik. Sizə uzanan qanlı əlləri lənətləyirəm”.