Fərhad Məmmədov Elnur Aslanovla bağlı təkzib verdi- - Yeniləndi

ferhad-memmedov-elnur-aslanovla-bagli-tekzib-verdi-
Oxunma sayı: 4019


"Qafqazinfo"ya daxil olan məlumatda qeyd olunur ki, Haqqın.az saytının 2 aprel 2014-cü il tarixli buraxılışında guya, mənə istinadən "Fərhad Məmmədov: Elnur Aslanov bu vəzifəyə layiq deyil" başlığı altında qərəzli və həqiqətə uyğun olmayan informasiya yayılıb. 

Məlumat üçün bildirirəm ki, nə bu gün, nə də əvvəlki dövrlərdə həmin sayt ilə əlaqələrim olmamış və hər hansı bir mövzuda onun əməkdaşlarına müsahibə verməmişəm. Mənimlə «eksklüziv müsahibə» adlı material isə açıq şantaj və böhtan xarakteri daşıyır.

Barəmdə yazılan böhtanla əlaqədar olaraq, məhkəmə instansiyalarına müraciət etmək hüququmu özümdə saxlayıram.

Haqqin.az saytının rəhbəri Eynulla Fətullayev isə "Qafqazinfo"ya açıqlamasında deyib ki, Fərhad Məmmədov böyük səhv edir: "Adam bu açıqlamanı verib. Biz də yazmışıq. Bu da təzə çıxıb. Deyir ki, sizi məhkəməyə vermək hüququnu özümdə saxlayıram. Məsləhət görürəm ki, özündə saxlamasın..."