Fərid Qayıbov bu gün FIG prezidenti seçilə bilər

ferid-qayibov-bu-gun-fig-prezidenti-secile-biler
Oxunma sayı: 2866

Bu gün Türkiyənin Antalya şəhərində 83-cü Beynəlxalq Gimnastika Federasiyası (FIG) Konqresi çərçivəsində rəhbər vəzifələrə seçkilər keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, tədbirdə 130 üzv federasiyadan 340-dan çox nümayəndə iştirak edəcək.

FIG prezidenti vəzifəsi uğrunda iki namizəd mübarizə aparacaq. Onlardan biri hazırkı prezident Morinari Vatanabe, digəri isə Azərbaycanın gənclər və idman naziri, Avropa Gimnastikasının rəhbəri Fərid Qayıbovdur.