Ferit “Yalı çapkını”ndan gedir?

ferit-yali-capkinindan-gedir
Oxunma sayı: 6944

Türkiyənin ən çox baxılan “Yalı çapkını”nın baş rolunu canlandıran Mert Ramazan Demirin serialı tərk etdiyi iddia olunur.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, iddialara görə, Mert Ramazan Demirin canlandırdığı Ferit Korhan obrazından razı qalmadığı üçün serialdan ayrılacağı bildirilir. 

Belə ki, o, ifa etdiyi obraza əsasən 4 qadınla eşq yaşayır.

Qeyd edək ki, ilk bölümü 23 sentyabr 2022-ci ildə yayımlanan “Yalı çapkını” “OGM Pictures” tərəfindən çəkilir. Serialda baş rolları Afra Saracoğlu, Mert Ramazan Demir və Çetin Tekindor oynayır.