Fərman İsmayılovun cənazəsi Qabona gətirilib

ferman-ismayilovun-cenazesi-qabona-getirilib
Oxunma sayı: 1603

Yanvarın 23-də Qvineya körfəzində “Mozart” konteyner gəmisinə nigeriyalı dəniz quldurlarının hücumu zamanı həlak olan gəminin 2-ci mühəndisi, azərbaycanlı Fərman İsmayılovun nəşi Qabona gətirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.

“Dünyasını dəyişən azərbaycanlı türk qardaşımızın cənazə işləri İslam dininə uyğun olaraq həyata keçirildi. Qabon hökumətinə və rəsmilərinə təşəkkür edirəm. Paytaxt Librevilə gətirilməsi üçün bir helikopter ayırdılar. Oradan Türk Hava Yolları şirkəti vasitəsilə gətiriləcək, Türkiyə üzərindən isə Azərbaycana çatdırılacaq. Azərbaycanla da bu məsələdə əlaqələrimizi davam etdiririk”,- deyə Çavuşoğlu qeyd edib.