Fərman Salmanovun adı Azərbaycanda da əbədiləşdirildi

ferman-salmanovun-adi-azerbaycanda-da-ebedilesdirildi
Oxunma sayı: 1851

Bakı şəhəri Xarici Dairəvi Avtomobil yolu ilə Abbas Mirzə Şərifzadə küçəsini birləşdirən yeni tikilmiş avtomobil yoluna tanınmış geoloq Fərman Salmanovun adı verilib. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu, Azərbaycan Prezidentinin 22 yanvar 2018- ci il tarixli sərəncamının icrası ilə əlaqədar həyata keçirilib. Küçənin adını göstərən lövhələrin vurulması Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.

Qeyd edək ki, F. Salmanov 1961-ci ildə Qərbi Sibirin Tümen vilayətinin nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloqdur.  O, 1931- ci ildə Şəmkir rayonunun Morul kəndində anadan olub. 2007- ci ilin martın 31-də dünyasını dəyişib. 

Xatırladaq ki, bu yaxınlarda Rusiyanın Surqut hava limanına da Fərman Salmanovun adı verilib.

Günel Türksoy