Fərmanın cənazəsi Bakıya gətirildi - Yenilənib+Foto

fermanin-cenazesi-bakiya-getirildi
Oxunma sayı: 3408

Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalan “Motsart” gəmisində həyatını itirən azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsi Qabondan İstanbula gətirilib, oradan isə Azərbaycana yola salınıb.

“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, F. İsmayılovun nəşi Türkiyə Hava Yollarına məxsus hava gəmisi ilə Vətənə göndərilib.

Onun cənazəsini daşıyan təyyarə Türkiyə vaxtı ilə saat 07:25-də Bakıya doğru hərəkət edib.

Qeyd edək ki, “Motsart” adlı gəmi yanvarın 23-də Nigeriyanın Laqos şəhəri yaxınlığında dəniz quldurlarının hücumuna məruz qalıb. 19 nəfərlik heyətdən 15-i qaçırılıb, Fərman İsmayılov isə qətlə yetirilib.

***

Trend-in məlumatına görə, artıq Fərman İsmayılovun nəşi bir neçə dəqiqə əvvəl Bakı hava limanına çatdırılıb.