Fermerlərə növbəti subsidiya ödənişləri köçürüldü

fermerlere-novbeti-subsidiya-odenisleri-kocuruldu
Oxunma sayı: 1639

Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2021/2022-ci il payızlıq əkinlərə görə subsidiyaların ödənişini davam etdirir.

Kənd Təsərrüfatı Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 28-də AKİA tərəfindən payızlıq əkinlərə görə 18 min 900 fermerə ümumilikdə 30 milyon 600 min manat subsidiya ödənişi həyata keçirilib. Bu gün ödənilən subsidiyalar təxminən 140 min hektara yaxın əkin sahəsini əhatə edir. Beləliklə, 2021/2022-ci il üzrə ödənilən əkin subsidiyasının məbləği 92.4 milyon manatı, subsidiya ödənilən əkin sahəsi isə 440 min hektarı keçib.

Qeyd edək ki, subsidiyalar “Fermer kartı”larına köçürülür.

Həmçinin AKİA tərəfindən bu gün süni mayalanma yolu ilə alınmış 2097 buzova görə 1579 fermerə 209 min 700 manat subsidiya ödənilib.

Hazırda payızlıq əkinləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etmiş fermerlərin əkin məlumatları və torpaq sənədlərinin yoxlanması davam edir. Subsidiyaların ödənişi davam edəcək.