Məşhur "Formula-1" pilotu Fernando Alonso qəzaya düşüb.
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İsveçrədə baş verib.
Belə ki, 39 yaşlı F1 pilotu velosiped sürən zamanı onu maşın vurub. Xəstəxanaya çatdırılan ispaniyalının şüurunun açıq olduğu bildirilir. Onun durumuna həkim müayinəsindən sonra aydınlıq gələcək.
Alonsonun qəzaya düşməsi ilə bağlı xəbəri onun çıxış etdiyi "Alpine" komandası da təsdiqləyib. Bildirilib ki, ətraflı məlumat daha sonra veriləcək.
Qeyd edək ki, "Renault" komandası ilə 2005 və 2006-cı ildə çempionluq sevinci yaşayan Alonso, son olaraq "McLaren"lə 2018-ci ildə F1-lə vidalaşmışdı və karyerasını digər avtomobil yarışlarında davam etdirmişdi.
Son xəbərlər
Son Xəbərlər