Fərqli görünmək istədi, tənqid olundu - Fotolar

Fərqli görünmək istədi, tənqid olundu
Oxunma sayı: 3119

Dünən Nizami Kino Mərkəzində “Adam ol” filminin premyerası olub. “Qafqazinfo” xəbər verir ki, qala gecəsinə kino və şou dünyasının tanınmış simaları qatılıb.

Gecədə Xalq artisti Məleykə Əsədova diqqət çəkən məşhurlardan olub. 52 yaşlı aktrisanın çəhrayı tonda olan kostyumu ilə yanaşı mavi rəngli linzaları da müzakirə olunub.

M. Əsədova fotolarını instaqram səhifəsində paylaşaraq ekran işinin rejissoru Amil Əlioğluya uğurlar diləyib.

Onun sözügedən görüntüsü izləyiciləri iki yerə bölüb. Kimisi Məleykənin yaşından daha gənc göründüyünü, kimisi isə linzaların ona yaraşmadığını bildirib.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi