“Fərqli səhifə olacaq” - Uruqvayın baş məşqçisi

ferqli-sehife-olacaq
Oxunma sayı: 1030

“Hədəflərimizə çatmaq üçün yaxşı imkanımız var. Daha yaxşı vəziyyətdəyik”.  “Qafqazinfo” xəbər verir ki, bu sözləri Uruqvay millisinin baş məşqçisi Oskar Tabares deyib. 

Uzun illərdir millinin sükanı arxasında olan  mütəxəssis bu gün dünya çempionatının 1/8 final mərhələsində Portuqaliyaya qarşı keçirəcəkləri matçdan danışıb. 
Tabares komandasının təmkinli və sakit olduğunu deyib: “Komanda sakit olmalıdır.

Təmkinimizi qoruyaraq irəli gedə bilərik. Matçda nə olacağını düşünmürük. Fərqli səhifə olacaq. Statistika və proqnozlar maraqlı deyil. Onların heç bir əhəmiyyəti yoxdur. Psixoloji köklənib meydana çıxmalıyıq. Kollektiv oyunumuz sayəsində qazana bilərik”.